Budaq Nəsirov "fərqləndi", "Sportinq" məğlub oldu

Millimizin üzvü Budaq Nəsirov Portuqaliyanın "Sportinq” klubun B komandasının heyətində növbəti oyununu keçirib 

Newsport.az xəbər verir ki , Nəsirovun komandası Portuqaliya Sequndasının XVI turunda öz meydanında "Panafiel”i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Nəsirov bu oyuna start heyətində başlayıb. Fəallığı ilə seçilən gənc yarımmüdafiəçimiz oyunun 30-cu dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Budaq oyunun 64-cü dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Edu Pinheyro daxil olub.  

Qeyd edək ki, bu, Nəsirovun "Sportinq”in heyətində 8-ci oyunu olub. Gən futbolçu keçirdiyi 8 oyunda 1 qol vurmağı bacarıb.

 
"Sportinq" 1:2 "Panafiel"
Qollar: Pedro Delqado, 28 // Vellinqton Karvalyo, 2, Joao Paulo, 77.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right