Emin Mahmudov “Boavişta”da debüt etdi!

Portuqaliya Premyer Liqasında XI turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta” doğma meydanında "Sportinq”i qəbul edir. 
 
Hal-hazırda davam edən matçda millimizin hər iki üzvü oynamaq şansı qazanıb. Belə ki, Ağayev matçda start heyətində meydana daxil olub. Mahmudov isə oyunun 76-cı dəqiqəsində Karrasanın əvəzinə meydana daxil olub. 
 
Bu, yayda Portu klubuna keçən Eminin ilk oyunu kimi yadda qalıb. 
 
Xatırladaq ki, son dəqiqələri davam edən matçda "Sportinq” 1:0 hesablı qələbə qazanır. Lissabonluların qolunu 25-ci dəqiqədə Bas Dost vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right