Qrizmann: "Bunu Ronaldoya zarafat edərək dedim"

Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann “Real”ın futbolçusu Kriştiano Ronaldoya “sənə nifrət edirəm” deməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatıəna görə, Qrizmann həqiqətən də belə ifadə işlətdiyini bildirib:

“Biz Kriştiano ilə restoranların birində rastlaşdıq. Ona yaxınlaşıb Çempionlar Liqasında və Avropa çempionatında qazandığı qələbə münasibətiylə təbrik etdim. Sonda isə mən sadəcə, zarafat etdim və ona nifrət etdiyimi dedim. Bu zarafatı onunla qarşılaşdığım və məğlub olduğum iki vacib oyuna görə etdim. Mən Ronaldoya böyük hörmət bəsləyirəm”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right