Millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta” Portuqaliya Premyer Liqasının 11-ci turunda "Sportinq"i qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, “Boavişta”nın baş məşqçisi Migel Leal bu oyundan əvvəl açıqlama verib. O, oyunun çətin keçəcəyini bildirib:
"Güclü komandaya qarşı oynayacağıq. Təbii ki, hədəflərimiz dəyişməzdi və bu oyunda da istəyimiz 3 xal qazanmaqdı. "Rio Ave" üzərində qazandığımız qələbənin ardını gətirmək istəyirik”.
Baş məşqçi heyətə düşməkdə çətinlik çəkən futbolçulardan da danışıb:
"Hamıya tapşırıqlar verilir və hər kəs çalışır. Kim hazırdısa, əsas heyətdə oynayır. Start heyətə düşməyən futbolçulara da zaman-zaman özlərini göstərmək üçün şans verəcəyik. Onlar bu imkandan yararlanmalıdılar".
Kamran Ağayev "Boavişta"nın əsas heyət üzvü olsa da, Emin Mahmudov komandada hələ debüt etməyib.