Eddi İsrafilov komandasını məğlubiyyətdən xilas edə bilmədi

İspaniya Sequndasında 16-cı turun görüşləri keçirilir.

 

Newsport.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kadis" səfərdə "Ximnastik"in qonağı olub. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Millimizin üzvü bu oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, qarşılaşmanın 73-cü dəqiqəsində komanda yoldaşının əvəzinə meydana daxil olub.

 

Qeyd edək ki, 16 turdan sonra 21 xalı olan "Kadis" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right