"Ceymi Vardi artıq məşqlərdə belə qol vura bilmir"

Ötən mövsüm məhsuldarlığı ilə seçilən “Lester Siti”inn hücumçusu Ceymi Vardi cari mövsümdə 14 oyundur ki, qol vurmur.

 

Newsport.az xəbər verir ki, "tülkülər"in baş məşqçisi Klaudio Ranyeri Vardinin qol susqunluğundan danışıb:

 

“Vardi artıq məşqlərdə belə qol vura bilmir. Artıq müdafiəçilər də ona xüsusi diqqət ayırır. Çempionlar Liqasında uğurla mübarizə aparsaq da, Premyer Liqada işlərimiz qaydasında getmir. Ceymi Vardini qol vurmadığı üçün heç vaxt gərgin görə bilməsiz. O, hər zaman olduğu kimi gülərüzdü”.

 

Qeyd edək ki, Vardi İngiltərə Premyer Liqasının cari mövsümündə son qolunu sentyabrın 10-da, “Liverpul”a vurub. 29 yaşlı hücumçu çempionatda 356 dəqiqədir ki, fərqlənə bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right