"Slovan" - "Qarabağ" matçına nə qədər bilet satılıb?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün Çexiyada "Slovan"a qarşı keçirəcəyi oyunda azarkeş sayının elə də çox olmayacağı gözlənilir.

 

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin Liberets klubu ilə keçirəcəyi oyununa cəmi 6 minə yaxın bilet satılıb.

 

Maraq üçün bildirək ki, biletlərin qiyməti 4-6 avro qiymətində dəyişir.

 

Oyunun keçiriləcəyi "U Nişi" stadionu 9900 azarkeş tutumuna malikdi.

 

Qeyd edək ki, “Slovan” - “Qarabağ” görüşü bu gün saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right