Budaq Nəsirov 90 dəqiqə oynadı, "Sportinq" 6-cı pilləyə yüksəldi

Portuqaliya Sequndasında XV turun oyunları davam edir.

 

Newsport.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq”in B komandası səfərdə "Uniao de Madeyra”nın qonağı olub. Qarşılaşma Lissabon klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Budaq Nəsirovun 90 dəqiqə oynadığı matçda hesabı 35-ci dəqiqədə Mateuş Pereyra açıb.
 

Qeyd edək ki, "Sportinq” Sequndada geridə qalan 15 tur ərzində 25 xal toplayıb və turnir cədvəlində 22 komanda arasında 6-cı pillədə qərarlaşıb. 

 

Xatırladaq ki, bu matç Budaqın "Sportinq"dəki 7-ci oyunu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right