Portuqaliya Sequndasında 15-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası bu turda səfərdə “Uniao da Madeyra” klubuyla qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Matçın 35-ci dəqiqəsində Mateus Pereyranın vurduğu qol, Lissabon təmsilçisinə qələbə qazandırıb. Bu oyunda “Sportinq”in iki üzvü qırmızı vərəqə ilə cəzalandırılıb.
Budaq Nəsirov meydana start heyətində çıxıb və sonadək oynayıb.
Hazırda hesabında 24 xal olan “Sportinq B” 7-ci pillədə qərarlaşıb.