"Anderlext"in baş məşqçisi: "Statistika zibil qutusuna atılası şeydir"

“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Anderlext”i qəbul edəcək.

Newsport.az xəbər verir ki, “Anderlext”in çalışdırıcısı Rene Veyler oyundan öncə mətbuat konfransında jurnalistlərin sualları cavablandırıb.

- Zədəlilərimiz var. Aleksandr Kipçu “Qəbələ”yə qarşı oynamayacaq.

- Yayılan məlumatlara görə məşqçilər və futbolçular arasında problem var...

- Xeyr, belə bir şey yoxdur. Həmişə necə olubsa, indi də elədir. Oyunçularımla münasibətim yaxşdır.

- Şansları necə dəyərləndirirsiz? “Qəbələ”nin zəif cəhətlərini yapmısız?

- Bəli analiz etmişik. Onları açıqlamayacam. Müəyyən zəif cəhətlər var, amma “Qəbələ” zəif deyil. Rəqibimiz yaxşı komandadır.

- Bəs, “Qəbələ”nin güclü cəhətlərini deyə bilərsiz?

- Keçmiş oyunlarına baxmışıq, zəif deyillər. “Qəbələ”nin üstün və zəif cəhətlərini demək düzgün olmazdı. Rəqibimizin üstünlüyü ondadır ki, ilk dəqiqələrdən hücuma atılırlar və sona qədər mübarizə aparırlar. Bu da yaxşı haldır.

- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bildirib ki, sabah az forma şansı qazanan futbolçulara şans verəcək. Bu, sizi sevindirir?

- Biz oyuna ciddi hazırlaşmışıq. Hər bir futbolçuya qarşı ciddi nəzarət edəcəyik.

- “Qəbələ” bütün rəqiblərinə evdə qol vurub...

- Bunu öncədən də bilirdik. “Qəbələ” Azərbaycan Premyer Liqasında da ən güclülərdən biridir. Sabah bizə asan olmayacaq. Lakin bizim məqsədimiz qələbədir.

- “Anderlext” Bakıda “Neftçi” və “Qarabağ” klublarına 0:1 hesablı məğlub olub. Sabah bu tilsimi qıra biləcəksiz?

- Bu statistikaları nəzərə almıram. Diqqətli hazırlaşmışıq. Keçmiş oyunları nəzərə almamışıq. Məqsədimiz qələbə qazanmaqdır. Statistika zibil qutusuna atılası şeydir. Bunu pis başa düşməyin. 

- Kefiniz yaxşıdır. Sabah uduzsanız da belə olacaq?

- Oyun hələ başlamayıb. Əlbəttə, qalib gəlsək, bundan daha sevincli olacam. Uduzsaq da, elə belə olacam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right