Qvardiola seks qadağasından danışdı

Bir müddət əvvəl "Sevilya"da çıxış edən Samir Nəsri "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın futbolçulara gecə 12-dən sonra sekslə məşğul olmalarını qadağan etdiyini söyləmişdi.

 

Newsport.az xəbər verir ki, Qvardiola Nəsrinin bu açıqlamasına münasibət bidlirib:

 

"Sekslə məşğul olmadan futbol oynamaq mümkünsüzdür. Belə şeyi futbolçuya qadağan etmək düzgün olmaz".

 

Qeyd edək ki, Samir Nəsri müqavilə ilə "Mançester Siti"yə məxsusdur. O, mövsümün əvvəlində "Sevilya"ya icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right