“Slovan”da şok itki: Milan Baroş “Qarabağ”la oyunu buraxa bilər

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ”ın qrup mərhələsinin V turundakı rəqibi "Slovan” ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Liberets təmsilçisinin aparıcı futbolçusu Milan Baroş zədələnib.
 
Yerli mətbuatın məlumatına görə, Baroş Çexiya çempionatının XIV turunda "Yablonets”lə oyunda zədə alıb. O, oyunun 5-ci dəqiqəsinə qədər oynamağı bacarıb. 
 
Oyundan sonra tibbi müayinədən keçən 35 yaşlı futbolçunun  topuq əzələsində problem olduğu aşkarlanıb. Onun Avroliqanın V turunda "Qarabağ”la keçiriləcək oyunda iştirakı sual altına düşüb.
 
"Slovan”ın baş məşqçisi Yindrix Trpişovski isə Baroşun zədələnməsinə belə münasibət bildirib: "Baroş əzələsindən zədələndi, buna görə də, onu 5-ci dəqiqədə əvəzlədim. Biz məşqlərimizi süni örtüklü meydanda keçiririk. Bu səbəbdən təbii örtüklü meydana keçəndə çətin olur. Bununla bəhanə axtarmaq istəmirəm”.
 
Qeyd edək ki, "Slovan” – "Qarabağ” oyunu noyabrın 24-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right