Kamran Ağayevin "Boavişta"da növbəti sınağı

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxacaq.

 

Newsport.az xəbər verir ki, Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Qimarayeş” komandası olacaq.

 

Oyun Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.

 

Bundan əvvəlki matçlarda start heyətində yer alan və etibarlı oyunu ilə seçilən Ağayevin yenə ilk 11-likdə olacağı gözlənilir. Emin Mahmudovun matçın iştirakçıları sırasında olub-olmayacağı barədə isə hələ məlumat yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right