"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Slovan" Çexiya çempionatında növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Libereç təmsilçisi 14-cü turda səfərdə "Yablonets"in qonağı olub.
Oyun meydan sahibi komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.
Bununlada "Slovan" 14 xalla daha bu qədər xal yığan 3 komandayla 11-14-cü yerləri bölüşür.
Qeyd edək ki, "Qarabağ" 5 gün sonra - noyabrın 24-də "Slovan"ın qonağı olacaq. Ağdam təmsilçisi Çexiyada qələbə qazansa o zaman növbəti mərhələyə vəsiqəni elə səfərdəcə həll edəcək.