Vidal keçmiş klubuna qayıdır

“Barselona”nın qış transfer pəncərəsində heyətdən göndərmək istədiyi Aleyş Vidal sabiq klubuna geri dönə bilər.

 

Newsport.az xəbər verir ki, sağ cinah müdafiəçisinin “Sevilya”ya transfer olunacağı gözlənilir. 27 yaşlı futbolçu “Sevilya”ya qayıtmaqda maraqlıdır.

 

Əndəlüsiya təmsilçisi “Barselona” ilə danışıqlara start verəcək.

 

Qeyd edək ki, 2015-ci ildə “Sevilya”dan “Barselona”ya 18 milyon avroya transfer olan Vidal bu mövsüm Kataloniya təmsilçisində 2 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right