Madrid “Real”ının hücumçusu Kərim Benzema zədəsini sağaldıb.
Newsport.az-ın məlumatına görə, fransız forvard kollektivlə birgə məşqlərə qatılıb. Benzema La Liqanın 12-ci turu çərçəvəsində Madrid derbisində “Atletiko"ya qarşı matçda iştirak edə biləcək.
Qeyd edək ki, “Atletiko” – “Real” qarşılaşması noyabrın 19-da keçiriləcək.