İspaniya La Liqasının XII turunda əzəli rəqibi "Atletiko” ilə qarşılaşacaq "Real”ın heyətində ciddi itkilər var.
Newsport.az-ın məlumatına görə, Madrid klubunun hücumçusu Alvaro morata İspaniya millisinin heyətində sıradan çıxıb.
Onun "Atletiko" ilə oyunda iştirak edib-etməyəcəyi sual altına düşüb.
Qeyd edək ki, Kərim Benzema, Rafael Varan, Dani Karvaxal, Pepe və Kasemiro da zədəli olan futbolçulardı.