İspaniya La Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi və ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, bu adlara “Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli və "Selta Viqo"nun hücumçusu İaqo Aspas layiq görülüb.
Qeyd edək ki, ötən ay Sampaolinin baş məşqçisi olduğu “Sevilya” keçirdiyi 5 oyundan 4-də qalib gəlib, 1-də heç-heçə edib. Aspas isə forma geydiyi "Selta Viqo"nun heyətində keçirdiyi 4 oyunda 5 qol və 1 asistlə yadda qalıb.
