DÇ-2018-in seçmə mərhələsində Kipr öz meydanında Cəbəllütariqi 3:1 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə, görüşün baş hakimi Əliyar Ağayev olub.
FİFA referimiz görüşün 80-ci dəqiqəsində qonaqların futbolçusuna ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub. Meydan sahiblərindən isə iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.