Azərbaycanlı FİFA referisi Əliyar növbəti beynəlxalq matçını idarə edib.
Newsport.az-ın məlumatına görə, referimiz DÇ-2018-in seçmə mərhələsində baş tutan Kipr - Cəbəllütariq matçında ədaləti qoruyub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ağayev meydan sahiblərindən Ceyson Demetriou və Pyeros Soterionunu sarı vərəqə ilə cəzalandırıb. Ağayev qonaqlara da iki sarı vərəqə göstərib. Ancaq bu, eyni futbolçuya - Ceys Mascarenhas-İliveroya olduğundan qırmızı vərəqə ilə nəticələnib.
Qeyd edək ki, Ağayevə bu oyunda Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov yardımçı olub.