Vüqar Əsgərov yenə fərqləndi

Latviyanın yüksək liqasına vəsiqə uğrunda ilk pley-oyunu keçirilib. 

 

Newsport.az xəbər verir ki, elitaya ikinci vəsiqə uğrunda bu mövsüm 8 komanda arasında 7-ci yeri tutaraq aşağı diviziona düşmək təhlükəsiylə üzləşən "Metta" ilə azərbaycanlı futbolçular -Vüqar Əsgərov və Orxan Həsənəliyevin formasını geyindiyi aşağı liqanın gümüş medalçısı "Olayne" qarşılaşıb.

 

İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.

 

Orxan sonadək ehtiyatda qalıb. 90 dəqiqə meydanda olan millimizin sabiq hücumşusu Əsgərov isə məğlub durumda olan komandasının bərabərlik qolunu vurub.


Cavab matçı noyabrın 13-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right