Kamran Ağayev xərçəngdən əziyyət çəkən futbolçuya dəstək oldu

Millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun da formasını geyindiyi Portuqaliyanın “Boavişta” klubu futbolçusunun müalicəsi üçün bir araya toplanıb.

 

Newsport.az xəbər verir ki, komandanın 19 yaşlılardan ibarət yığmasının üzvü Edu Ferreyra xərçəngdən əziyyət çəkir.


Gənc oyunçu bu ilin iyulunda komanda ilə 2 illik müqavilə bağlamışdı. Lakin xəstəlik səbəbi ilə yaşıl meydanlardan uzaq qalıb.


Klub rəhbərliyi isə futbolçunun müalicəsinin xərclərini öz üzərinə götürüb.

 

Bundan əlavə, "Boavişta" klubunun futbolçuları da Ferreyranın müalicəsində dəstək olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right