İngiltərə Futbol Federasiyası "From Toun” klubunun baş məşqçisi Nik Bunyarda sərt cəza verib.
Newsport.az-ın məlumatına görə, mütəxəssis 3 il müddətində futboldan diskvalifikasiya edilib.
Buna mütəxəssisin mərc oyunlarında iştirak etməsi səbəb olub. Belə ki, çalışdırıcı "From Toun” – "Paulton Rovers” matçında komandasının məğlubiyyətində pul yatırıb.
Ötən mövsüm baş tutan matçın ilk hisəssi mütəxəssisin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci yarıda isə 2 qol vuran "Paulton Rovers” qələbəni bayram etmişdi.