Ueyn Runi Çin klubundan təklif alıb

Joze Mourinyonun "Mançester Yunayted"ə gəlişindən sonra performansı getdikcə aşağı düşən Ueyn Runiyə Çin klublarından təklif gəlir.

Newsport.az-ın məlumatına görə, Çinin Beijinq Quoan komandası 31 yaşlı ingilis futbolçu üçün böyük miqdarda pul təklif etsə də, futbolçu bu haqda düşünmək belə istəməyib. 17 yaşından qırmızı şeytanların formasını geyən Runi karyerasının sonuna qədər "Premyer Liqa"da oynamaq istədiyini və "Mançester Yunayted"dən ayrılmaq fikrinin olmadığını bildirib.

Qeyd edək ki, Ueyn Runi bu mövsüm meydanda olduğu 15 oyunda 2 qol vurmağı bacarıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right