Azərbaycan millisinin sabiq baş məşqçisi, bir müddət əvvəl dünyasını dəyişən Karlos Alberto Torresin xatirəsi Braziliya – Argentina oyununda anılacaq.
Newsport.az-ın məlumatına görə, Braziliya millisinin müdafiəçisi Dani Alveş Torresin bir zamanlar millidə geyindiyi 4 nömrəli futbolka ilə meydana çıxacaq. Kapitanlıq sarğısının üzərində də Torresin rəsmi olacaq.
Millidə kapitan olan Torres 1970-ci ildə Braziliya ilə dünya çempionluğu yaşayıb.
O, oktyabrın 25-də 72 yaşında ürək çatışmazlığından vəfat edib.
