Şimali İrlandiya millisində ciddi itki

DÇ-2018 seçmə mərhələsi çərçivəsində milli komandamız qrupda növbəti oyununu Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Newsport.az-ın məlumatına görə, seçmə mərhələyə uğurlu start verən millimiz noyabrın 11-də “yaşıllar”ın qonağı olacaq.

Bu oyun ərəfəsində Şimali İrlandiya yığmasının düşərgəsində ciddi itki baş verib. İcarə əsasında İngiltərənin birinci dəstəsində “Berton Albion”da forma geyinən Ceymi Uord sıradan çıxıb.

“Barnsli” ilə qarşılaşmada zədə alan irlandiyalı hücumçu 12-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Tibbi müayinə zamanı futbolçunun zədəsinin ciddi olduğu məlum olub. Odur ki, Şimali İrlandiyanın baş məşqçisi Maykl O`Nil yığmamızla oyunda Ceymi Uoardın xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, cari mövsüm “Berton Albion”da 11 oyuna çıxan irlandiyalı forvard rəqib qapılarına 2 dəfə yol tapa bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right