Budaq Nəsirov məcburi əvəzləndi, xəstəxanaya aparıldı

Portuqaliya Sequndasında XIV turun oyunları çərçivəsində milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq” B doğma azarkeşləri önündə "Santa Klara"nı qəbul edib. Qarşılaşma Lissabon təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Newsport.az-ın məlumatına görə, görüşə start heyətdə başlayan Budaq Nəsirov matçın 58-ci dəqiqəsində məcburi əvəzlənib. Top uğrunda mübarizə zamanı rəqib futbolçu ilə toqquşan Nəsirov huşunu itirib.

Futbolçumuz dərhal xəstəxanaya çatdırılıb. Hazırda Budaqın vəziyyəti yaxşıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right