Kamran Ağayevli "Boavişta" qələbə qazandı

Portuqaliya çempionatında X turun oyunları davam edir.
 

Newsport.az-ın məlumatına görə, sözügedən turda millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta” klubu da növbəti oyununu keçirib. Portu təmsilçisi səfərdə "Rio Ave” klubunun qonağı olub. Qarşılaşma "Boavişta"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 
Kamran Ağayev 90 dəqiqə meydanda mübarizə aparıb və 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Mahmudovun adı isə matçın iştirak ərizəsinə daxil edilməyib. 
 
Qeyd edək ki, "Boavişta” bu qələbədən sonra xallarının sayını 13-ə çatdırıb və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right