Kamran Ağayevli "Boavişta" qələbə qazandı VİDEO

Portuqaliya çempionatında X turun oyunları davam edir.
 
Newsport.az xəbər verir ki, sözügedən turda millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta” klubu da növbəti oyununu keçirib. Portu təmsilçisi səfərdə "Rio Ave” klubunun qonağı olub. Qarşılaşma "Boavişta"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
 
Kamran Ağayev 90 dəqiqə meydanda mübarizə aparıb və 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Mahmudovun adı isə matçın iştirak ərizəsinə daxil edilməyib. 
 
Qeyd edək ki, "Boavişta” bu qələbədən sonra xallarının sayını 13-ə çatdırıb və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right