Kamran Ağayevin "Boavişta"da növbəti sınağı

Bu gün Portuqaliya Premyer Liqasının X turunun növbəti oyunları keçiriləcək. Milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta” klubu növbəti matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, Portu təmsilçisi səfərdə "Rio Ave”nin qonağı olacaq. Son oyunlarda uğurlu çıxış edən Kamran Ağayev bu oyunda da start heyətdə yer alacaq. Ancaq Mahmudovun "Rio Ave” ilə oyunda iştirakı gözlənilən deyil. Emin "Boavişta”nın heyətində hələ də debüt etmək şansı qazanmayıb.

Qeyd edək ki, geridə qalan IX turdan sonra "Boavişta” 10 xalla 10-cu, "Rio Ave” isə 11 xalla 7-ci pillədə qərarlaşıb. Xatırladaq ki, sözügedən görüş Bakı vaxtı ilə 00:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right