"Qəbələ"nin futbolçusu milliyə dəvət olundu

Futbol üzrə Estoniya milli komandasının heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Baltikyanı ölkə millisinin baş məşqçisi Martin Reym Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçuya da dəvət göndərib. Belə ki, "Qəbələ"nin futbolçusu Sergey Zenyov ölkəsinin milli komandasına dəvət olunub.

Qeyd edək ki, Estoniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Brüsseldə Belçikanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right