"Qəbələ"nin sabiq çalışdırıcısı azərbaycanlı futbolçu ilə dalaşdı

Rusiya çempionatının 12-ci turunda keçirilən “Rubin” - “Lokomotiv” oyununun (2:0) fasiləsində insident baş verib.

Newsport.az-ın məlumatına görə, hadisə “dəmiryolçular”ın paltardəyişmə otağında yaşanıb. “Qəbələ”nin sabiq baş məşqçisi, hazırda “Lokomotiv”i çalışdıran Yuri Syomin komandanın azərbaycanlı futbolçusu Aleksandr Səmədovla mübahisə edib.


Syomin fasilədə Səmədovu əvəzlədiyini bildirib ki, bu da futbolçunun narazılığına səbəb olub. Onlar yüksək tonda bir-birlərini ittiham ediblər. Qarşılaşmadan sonra Syomin bildirib ki, Səmədov əvvəlki oyunlarda çox güc sərf etdiyi üçün yorğun görünürmüş, futbolçunu da ona görə əvəzləyib.

 

Səmədov 12 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

 

Yuri Syomin 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Aleksandr Səmədov isə əslən azərbaycanlı olsa da, Rusiya yığmasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right