DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Norveç yığmasının üzvü Ule Salnes FIFA tərəfindən sərt şəkildə cəzalanıb.
Newsport.az-ın məlumatına görə, buna yarımmüdafiəçinin Bakıda Azərbaycan millisi ilə keçirilən oyundan sonra hakimləri təhqir etməsi səbəb olub.
Dünyanın ali futbol qurumunun qərarına görə, o, 11 ay müddətinə futboldan uzaqlaşdırılıb. Bu isə o deməkdi ki, Salnes cəzası bitənə qədər milliyə kömək edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan - Norveç oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.