"El Klasiko"nun başlama saatı açıqlandı

İspaniya La Liqasının əzəli rəqibləri "Barselona" və "Real"ın cari mövsümdəki ilk dueli XIV tura təsadüf edəcək.

Newsport.az-ın məlumatına görə, nəhənglərin qarşılaşmasının başlama saatı məlum olub.

Dekabrın 3-də "Nou Kamp"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:15-də start götürəcək.

Xatırladaq ki, X turdan sonra 24 xalla "Real" turnir cədvəlinə başçılıq edir. Madrdi klubundan 2 xal geri qalan "Barselona" isə ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right