DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının məşqçilər korpusunda dəyişiklik olub.
Newsport.az-ın məlumatına görə, hazırda klubsuz olan Miroslav Kloze millidə çalışacaq. Lisenziyası olmadığı üçün Kloze ilə rəsmi müqavilə imzalanmayıb. O, məşqçilik lisenziyasını alanadək yığmanın baş məşqçisi Yoahim Lövün yanında təcrübə toplayacaq.
Qeyd edək ki, Kloze Almaniya yığmasının heyətində 137 oyuna 71 qol vurub. O, dünya çempionatının final mərhələlərində ən çox qol vuran futbolçudur (16 qol).