Almaniya Bundesliqasında geridə qalan həftələrdə 3 məğlubedilməz komanda varsa, bunlardan biri də "Hofffenhaym" klubudu.
Newsport.az-ın məlumatına görə, sözügedən komandanın uğurlu çıxışında 29 yaşlı baş məşqçi Yulian Neqelsmannın əməyi danılmazdı.
İş burasındadı ki, gənc mütəxəssis komandanın "sükanı arxası"na ötən mövsümün 21-cu turunda keçib. Buna qədər isə "Hoffenhaym" geridə qalan 20 tur ərzində 37 xal toplayaraq 16-cı pillədə qərarlaşmışdı.
Ancaq onun gəlişindən sonra "Hoffenhaym" 23 matçda 42 xal qazanmağı bacarıb. Klub Neqelsmannın rəhbərliyi ildə cari mövsümdə məğlubiyyətin nə olduğunu bilmir. Bundesliqa təmsilçisi 9 turda 5 qələbə qazanıbsa, 4 dəfə də heç-heçəyə imza atıb. Bu göstəriciyə görə onun komandası hazırda 19 xalla Bunesliqada 3-cü pillədə qərarlaşıb.