"Qəbələ"nin rəqibi qələbə qazandı

Futbol üzrə Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Maynts" da növbəti matçına çıxıb. Təmsilçimizin rəqibi doğma meydanda "İnqolştadt" ilə qarşılaşıb. Matç "Maynts"ın 2- 0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 9 turdan sonra 14 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 9-cu pillədə qərarlaşıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right