Portuqaliya Sequndasında XII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun çıxış etdiyi "Sportinq”in B komandası da növbəti oyununa çıxıb.
Lissabon təmsilçisi səfərdə "Olhanense”nin qonağı olub.
Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Meydana start heyətdə çıxan Budaq Nəsirov matçın 84-cü dəqiqəsində komandasının ikinci qolunu vurub.
Bu, Nəsirovun “Sportinq”də ilk qoludur.
Qeyd edək ki, “Sportinq” 18 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.
29 oktyabr
"Olhanense” - "Sportinq" – 2:2
Qollar: Leonardo Ruiz 6 (0:1), Salim Sisse, 58 (1:1), Budaq Nəsirov, 84 (1:2), Dieqo Parros, 90+2 (2:2)