Portuqaliya çempionatında IX turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" növbəti oyununa çıxacaq. Portu təmsilçisi öz meydanında "Eştoril"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:30-da start götürəcək.
Qeyd edək ki, Ağayevin komandası geridə qalan 8 turda 9 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.