Dmitri Nazarovun komandası darmadağın oldu

Almaniya II Bundesliqasında XI tura start verilib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” “Münhen 1860”-ın qonağı olub.

Milli oyunçunun ehtiyat oyunçular skamyasından izlədiyi görüş 6:2 hesabıyla meydan sahiblərinin qələbəsiylə nəticələnib. Aue təmsilçisi oyunun 42-ci dəqiqəsində müdafiəçisi Sebastian Hertnerin qırmızı vərəqə görməsiylə meydanda azlıqda qalıb.
 
Qeyd edək ki, hazırda hesabında 10 xal olan “Aue” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right