Mirça Rednik: "Xəzər Lənkəran"da 500 min avro maaş alırdım"

"Xəzər Lənkəran”ın sabiq baş məşqşisi Mirça Rednik "fanatik.ro” saytına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, rumıniyalı çalışdırıcı müsahibəsində Azərbaycandakı karyerasından da danışıb:  

Mütəxəssis cənub klubunda aldığı məvacibi də açıqlayıb: "Vaxtilə Azərbaycanda işlədim. "Xəzər Lənkəran”da illik 500 min avro əmək haqqı alırdım. Azərbaycanda yeni, döyüşkən komanda yaratmağı bacarmışdım. Ardıcıl iki il birincilik uğrunda mübarizə apardıq. Cənub klubu ilə birgə Azərbaycan kubokunu başımız üzərinə qaldırmağı bacardıq. Məndən sonra komanda Con Benjamin Toşaka tapşırıldı, ancaq o, heç nə edə bilmədi”.
 
Qeyd edək ki, Rednik 2010-11-ci illərdə "Xəzər Lənkəran”ın "sükanı arxası”nda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right