"Çelsi"nin oyununda azarkeşlər həbs olundu

İngiltərə liqa kubokunda keçirilən “Vest Hem” - “Çelsi” oyununda (2:1) insident baş verib.

Newsport.az-ın məlumatına görə, London derbisində azarkeşlər arasında qarşıdurma yaşanıb. Qarşılaşmanın başa çatmasına bir neçə dəqiqə qalmış azarkeşlər arasında kütləvi dava başlayıb.

Azarkeşlər bir-birlərinə oturacaqlar, su qabları atıblar. Stadionun təhlükəsizliyə cavabdeh əməkdaşları vəziyyəti nizamlaya bilməyiblər.

Hadisəyə polis müdaxilə etməli olub. Dava-dalaş nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Polis 4 azarkeşi həbs edib. Daha 7 nəfər isə axtarışdadı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right