İsveç çempionatında mövsümün qalibi bəlli olub.
Newsport.az-ın məlumatına görə, "Malmö" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Falkenberq"i 3:0 hesabı ilə darmadağın edən Malmö təmsilçisi sona iki tur qalmış xallarınn sayını 63-ə yüksəldib və ən yaxın izləyicisi "Norçepinq"i 7 xal qabaqlayıb.
Xatırladaq ki, bu, İsveçi Çempionlar Liqasında təmsil edəcək "Malmö"nun 22-ci çempionluğudu.