Samir Məsimovun komandası yarımfinalda

Futbol üzrə Sloveniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" də növbəti matçına çıxıb. Həmyerlimizin komandası səfərdə 2 - 0 hesabıyla məğlub etdiyi "Krsko" ilə bu dəfə doğma meydanda üz-üzə gəlib. "Domjale" bu oyundan da 2 - 1 hesablı qələbə ilə ayrılıb və yarımfinala yüksəlib.

Çempionat oyunlarında olduğu kimi, Məsimovun adı kubok matçının da iştirak ərizəsinə daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right