"Barselona"nın heyətində daha bir itki baş verib.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin müdafiəçisi Jeremi Matye sıradan çıxıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Fransız futbolçu dünən gecə Kataloniya kuboku uğrunda "Espanyol"la keçirililən qarşılaşmada (0:1) zədələnib. 32 yaşlı müdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Barselona"nın müdafiəçiləri Xerard Pike və Jordi Alba da zədə səbəbindən komandaya kömək edə bilmir.