Elnur Cəfərovun komandasının oyununda qalmaqal

Azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi "Duqopole" klubu Xorvatiyanın II Divizionunda evdə "Sesvete" ilə bərabərə qalıb - 2:2.

Newsport.az-ın məlumatına görə, bu matç böyük qalmaqalla yadda qalıb. Hesab 2:1 ev sahibi komandanın xeyrinə olarkən qonaqlar penalti qazanıb. Ancaq oyunun baş hakimi Tino Kreçak "Sesvete"nin oyunçusu Ante Aralitsanın qolunu qeydə almayıb.

Tor deşik olsa da, bu, referinin gözündən yayınıb. Qonaq komandanın etirazı nəticə verməyib. Buna baxmayaraq, "Sesvete" 90+5-ci dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.

Qeyd edək ki, Elnur Cəfərov oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right