Rasim Ramaldanovun komandası növbəti 3 xalı qazandı

Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rasim Ramaldanovun çıxış etdiyi "Kolxeti" doğma meydanda Bolnisi "Sioni"si ilə qarşılaşıb. Poti təmsilçisi bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Rasim Ramaldanov oyunda 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Kolxeti" 9 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right