Emin Nurinin komandasından daha bir qələbə

İsveç çempionatında 27-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Haaken"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:2.

Əsas heyətin daimi üzvü olan Emin sarı vərəqə limitini aşdığına görə, bu görüşü buraxmalı olub.

"Kalmar" geridə qalan turlarda topladığı 41 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right