Eddi izlədi, komandası xal itirdi

Futbol üzrə İspaniya ikinci liqasında 11-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "UCAM Mursiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.

İsrafilovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Kadis" 11 turdan sonra 11 xalla 22 klub arasında 19-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right