Yunanıstan Superliqasında 6-cı turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın bir neçə gün bundan öncə məğub etdiyi Avroliqadakı rəqibi PAOK səfərdə son çempion "Olimpiakos"la qarşılaşır.
Saloniki təmsilçisi əsas vaxta əlavə olunmuş son dəqiqədə qapısında qol görüb. Bundan sonra ara qarışıb. Oyunun baş hakimi matçı yarımçıq dayandırmalı olub. 15 dəqiqəlik fasilədən sonra isə oyun davam etdirilib və PAOK-un məğlubiyyəti rəsmiləşib - 1:2.
Qeyd edək ki, PAOK noyabrın 4-də "Qarabağ"ı öz meydanında qəbul edəcək.